Xəzər Xəbər

Amazon-un sahibi bir günə milyard dollar qazandı

Dünya | 16:11 • 23 Fevral 2018
Amazon-un sahibi bir günə milyard dollar qazandı

Amazon şirkətinin təsisçisi və sahibi olan 54 yaşlı iş adamı Jeff Bezos şirkətin səhmlərinin dəyərinin artması hesabına bir gün ərzində şəxsi kapitalına 1,15 milyard dollar əlavə edib.

XəzərXəbər bu barədə Bloomberg-ə istinadən xəbər verir.

Orada qeyd olunur ki, Amazon səhmlərinin dəyəri ilk dəfə olaraq 1,5 min dolları ötüb.

Hal-hazırda, Bezos-un varidatı Bloomberg tərəfindən 124 milyard dollar kimi qiymətləndirilir. Keçən ildən etibarən, o, dünyanın ən zəngin adamı hesab edilir (Forbes da bu fikri dəstəkləyir).

Bloomberg-in məlumatına əsasən, 91,6 milyard dollar və 86,2 milyard dollarlıq varidatla Bill Gates və Warren Buffet ikinci və üçüncü yerləri tuturlar.

Xəbər lenti