Xəzər Xəbər

Neymar qısa müddətdə "Real"a transfer olunacaq İDDİA

İdman | 16:02 • 23 Fevral 2018
Neymar qısa müddətdə "Real"a transfer olunacaq

"Neymarın qısa müddətdə PSJ-dən "Real"a transfer olunmasını gözləyirəm". Bu sözləri "Real"ın və İspaniya millisinin sabiq üzvü Quti deyib.


Veteran futbolçu braziliyalı ulduzun indi sadəcə Çempionlar Liqasında gözə dəydiyini bildirib: "Önəmli klub olan "Barselona"dan PSJ-yə getdi. Amma indi onu sadəcə Çempionlar Liqasında izləyə bilirik. Əskikliyini hiss etdiyi hər şey "Real"da var".


Kriştiano Ronaldonun "Real"dakı yerinin toxunulmaz olduğunu bildirən Quti "Zidan kimsənin toxunulmaz olmadığını göstərdi. Ronaldo xaric... Ronaldo-Beyl-Benzema üçlüyünün davam etməsi Beyl və Benzemaya bağlıdı" deyib.


Fanat.Az

Xəbər lenti