Xəzər Xəbər

Bakıda 24 mindən çox uşaq 1-ci sinfə qəbul olunub

Cəmiyyət | 13:54 • 23 Fevral 2018
Bakıda 24 mindən çox uşaq 1-ci sinfə qəbul olunub

"Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin övladları üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur. Məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər”.

Bu barədə xezerxeber.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilib ki, paytaxtda www.mektebeqebul.edu.az elektron sistemi dünən işə düşən an məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul edilib: "Sistem tərəfindən avtomatik sorğu yerləşdirildiyi üçün həmin valideynlər, növbəti mərhələdə şəxsi kabinetdən ərizəni çap edib, digər müvafiq sənədlərlə birgə məktəbə təqdim etməlidir. Yalnız valideyn məktəbəhazırlıq qrupunda təhsil alan övladı üçün I sinfə qəbul prosesində məktəbi və ya müəllimi dəyişmək istəyərsə, şəxsi kabinetə daxil olaraq, yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri sadəcə, I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməli olduqlarını unutmasınlar. Müvafiq sənədlər iyunun 20-dək məktəbə təqdim olunmalıdır”.

BŞTİ 2018-2019-cu dərs ili üçün Bakı şəhərindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesində məktəbəhazırlıq qruplarına getməyən uşaqların valideynlərini fəal olmağa çağırıb.


I sinfə qəbulla bağlı ətraflı məlumatı bu keçiddən -http://edu.gov.az/az/page/522/14670 öyrənmək mümkündür.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, yağış yağacaq
Güclü külək əsəcək, yağış yağacaq XƏBƏRDARLIQ
17:49 • 10 May 2024
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı YENİ QANUN
15:21 • 10 May 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
13:17 • 10 May 2024
Prorektorun qətlində təqsirli bilinən şəxslərə
Prorektorun qətlində təqsirli bilinən şəxslərə hökm oxunub
12:30 • 10 May 2024
Güclü maqnit qasırğası ilə bağlı
Güclü maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ
11:45 • 10 May 2024
Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər
Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər saxlanılıb
10:20 • 10 May 2024
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat BAŞLADI
10:17 • 10 May 2024
Xətaidə mənzildən meyit
Xətaidə mənzildən meyit tapıldı
19:21 • 9 May 2024

Xəbər lenti