Xəzər Xəbər

Bakıda dəhşətli hadisə: kişini öldürmək üçün restoranın havalandırma sisteminə atdılar - VİDEO

Veb TV | 12:42 • 23 Fevral 2018
Bakıda dəhşətli hadisə:
Bakıda vətəndaşa inanılmaz işgəncə verilib.

XəzərXəbər xəbər verir ki, Asif Mehrəliyev adlı şəxsi Koroğlu metro stansiyasının yaxınlığında yerləşən "Alov” restoranın havalandırma qurğusunun içərisinə atıblar. Onu çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar.

Xoşbəxtlikdən həmin vaxt restoran bağlı olduğundan sağ qalıb. Faktla bağlı araşdırma aparılır.

Əlavə olaraq Lent.az-ın əldə etdiyi məlumata görə, xilas edilən şəxs 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğludur. Onu metrodan istifadə edən şəxslər bu gün səhər saatlarında aşkarlayıb və dərhal polisə məlumat verilib. A.Mehrəliyevin hansı məqsədlə havalandırma qurğusuna girdiyi məlum deyil. Xilasedicilər 30 yaşlı kişini borudan çıxardıqdan sonra onu Nizami rayon Polis İdarəsinə təhvil verib.


Xəbər lenti