Xəzər Xəbər

Əhmədinejad İranın ali rəhbərinə məktub yazdı

Dünya | 14:18 • 22 Fevral 2018
Əhmədinejad İranın ali rəhbərinə məktub yazdı

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkədə keçiriləcək seçkilər üçün azadlığın təmin olunmasını istəyib.


"Report” xəbər verir ki, o bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneiyə ünvanladığı məktubunda vurğulayıb.


İslam Respublikasının 6-cı prezidenti məktubunda həmçinin İranın ali rəhbərindən prezident, parlament və məhkəmə sisteminin yenilənməsini xahiş edib.


O, məhkəmə sistemində dəyişiklik olunması, ötən illərdə tutulan etirazçıların sərbəst buraxılması, bütün cinayət işlərinin azalmasının vacibliyini bildirib.


"Ədalət məsələsində geri qalmışıq” - deyən keçmiş prezident müraciətində siyasi islahatların aparılması üçün bazanın hazılanmasını da qeyd edib.


Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İranın prezidenti olub.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti