Azərbaycanda Çində istehsal olunan saxta, plastik tərkibli düyünün satılmasına dair video kadrlar yayılıb.
Facebook sosial şəbəkəsində yayılan video
kadrlarda bir nəfər Masallı rayonunda yetişdirilmiş düyü ilə Çindən
gətirildiyi və saxta olduğu iddia edilən düyünün fərqi göstərilir.
Kadrladan belə məlum olur ki, yerli düyünün üstünə kimyəvi məhlul
tökdükdə heç bir dəyişiklik baş vermədiyi təqdirdə, Çinin plastik
tərkibli saxta düyüsü tüstülənməyə başlayır və hətta töküldüyü qabı da
əridir.
Kadrlar geniş müzakirəyə səbəb olub. Bəziləri göstərilənlərə inansa da,
digərləri mənbənin göstərilmədiyindən, düyülərin hansı ölkənin və hansı
tərkibli olması, eləcə də məhlulum kimyəvi tərkibinin dəqiq
bildirilməməsinə görə onu inandırıcı hesab etmirlər. Hətta bunun yerli
düyünün alışına marağı artırmaq üçün atılmış addım olduğunu düşünənlər
də var.
Qeyd edək ki, zaman-zaman Azərbaycanda xaricdən gətirilən süni,
plastikdən maddədən hazırlanmışqidaların satıldığına dair
dəqiqləşdirilməmiş məlumatlar yayılır. /milli.az