Xəzər Xəbər

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadıb

Dünya | 16:36 • 21 Fevral 2018
Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadıb
Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiya vətəndaşları və şirkətlərinə qarşı sanksiyaların 6 ay müddətinə uzadılması barədə qərar qəbul ediblər. Bu barədə Avropa Şurasındakı mənbəyə istinadən "TASS" agentliyi məlumat yayıb.

"Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların altı ay uzadılmasını razılaşdırıblar",-deyə məlumatda bildirilir.

Məlumata görə, bu qərar Avropa Şurası tərəfindən formal olaraq tanınmalıdır.

Buna qədər Avropa Birliyinin Rusiyadakı səfiri Markus Ederer qeyd etmişdi ki, Brüssel Rusiyaya qarşı sanksiyaları tətbiq edib və digər məhdudlaşdırıcı tədbirlər qurumun gündəmində yoxdur./faktxəbər

Xəbər lenti