Xəzər Xəbər

49 saylı avtobusun sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atdı - VİDEO

Veb TV | 20:48 • 20 Fevral 2018
49 saylı avtobusun sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atdı -

Bakıda içərisi sərnişinlə dolu olan 49 saylı avtobusun sürücüsü təhlükəli manevr edib.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində lentə alınıb.

Xezerxeber.az-a göndərilən kadrlardan avtobusun qarşısında bir avtomobilin asta sürətlə hərəkət etdiyi hiss olunur. Sürücü isə həmin minik maşınının yavaş getdiyini görüb, əks istiqamətə çıxaraq onu keçir.

O, bu hərəkəti ilə sərnişinlər və qarşıdan gələn avtomobillər üçün təhlükə yaradır.

Həmin sürücünü tapıb, bunun səbəbini soruşduq.

Sözügedən daşıyıcı şirkətin xətt nəzarətçisi Məqsəd Baratov isə bildirdi ki, həmin sürücü cəzalandırılacaq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülər araşdırılacaq. Daşıyıcı şirkətin rəhbərliyinə, anoloji hadisənin təkrarlanmaması üçün xəbərdarlıq ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti