Xəzər Xəbər

Martın 20-nin ilaxır çərşənbəyə düşməsi çaşqınlıq yaradıb - VİDEO

Veb TV | 20:40 • 20 Fevral 2018
Martın 20-nin ilaxır çərşənbəyə düşməsi çaşqınlıq yaradıb -

Mart ayının 20-nin ilaxır çərşənbəyə təsadüf etməsi bəzi insanlarda çaşqınlıq yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli bildirir ki, bu il ilaxır çərşənbə ilə Novruz bayramı günü deyil, bayram axşamı üst-üstə düşəcək. İlk çərşənbə fevralin 27-də olacaq.

Atəş Əhmədli deyir ki, ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi az təsadüf olunur. Amma daha nadir rast gəlinən hal ilaxır çərşənbə ilə bayram gününün üst-üstə düşməsidir. Onun sözlərinə görə, bu hadisə qərinədə bir dəfə olur.

Qeyd edək ki, martın 21-də səhər saat 8-də il təhvil veriləcək və yaz fəsli başlayacaq. Həmin gün bayram günü kimi qeyd ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti