Xəzər Xəbər

DİQQƏT! Banka qoyduğunuz pul qorunmayan əmanətə çevrilə bilər - VİDEO

Veb TV | 20:42 • 20 Fevral 2018
DİQQƏT!

Sığortalı hesab etdiyiniz depozitiniz qorunmayan əmanətə çevrilə bilər. Əksər hallarda müştərinin bundan xəbəri olmur və bank bağlanan zaman əmanətə yatırılan pulları geri qaytarmaq mümkün olmur. Bəs bu proses necə baş verir və problemlə qarşılaşmamaq üçün nə etmək lazımdır?

Xezerxeber.az-ın məlumatına görə, banklara qoyulan sığortalı əmanətlər bir müddət sonra qorunmayan əmanətlər qrupuna daxil edilə bilər.

Bank bağlanacağı halda həmin əmanətlər geri qaytarılmır.

Müştərilərin böyük əksəriyyəti depozit yerləşdirən zaman manatla 15 faizə, xarici valyuta ilə 3 faizə qədər olan sığortalı əmanətlərə üstünlük verir. Müqaviləyə əsasən son tarixə qədər əmanət siğortalı hesab edilir. Lakin əmanətin müddəti bitdiyi vaxt müştəri banka gəlmirsə, depozit avtomatik yenilənir. Burda isə şərtlər dəyişə, sığortalı əmanət qorunmayan əmanətə çevrilə bilər. Baxmayaraq ki, ilkin müqavilədə əmanət siğortalı olub.

Digər bir hal isə ondan ibarətdir ki, problemlə qarşılaşmamaq üçün vətəndaşlar müqavilənin bitdiyi vaxtda banka gedib mütləq əmanətin şərtlərini yenidən gözdən keçirməlidirlər.

Ekspertlər tövsiyə edirlər ki, əvvəlki dövrdə əmanət yerləşdirənlər hansı bankda olmasından asılı olmayaraq anlaşma müddəti başa çatandan sonra banka yaxınlaşıb yeni müqavilə bağlasınlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti