Xəzər Xəbər

"Mançester Yunayted"in transfer planı üzə çıxdı 80 milyonluq keçid

İdman | 18:23 • 20 Fevral 2018
"Mançester Yunayted"in transfer planı üzə çıxdı

"Mançester Yunayted"in transfer planı mətbuata sızıb. Baş məşqçi Joze Mourinyo "Real"da rəhbərliyi altında çıxış etmiş futbolçunu hədəfə alıb.


Mövsümün sonunda Maykl Karrik karyerasını bitirəcəyi üçün yarımmüdafiəyə yeni futbolçu transfer etməli olacaq Mourinyo Toni Kroosun alınmasını istəyir. "Real"ın İngiltərə klubundan Paul Poqba və Nemanya Matiçi istədiyi bəllidi. Lakin "Mançester Yunayted" bu futbolçuları yola salmaq niyyətində deyil və onları heyətdə saxlamaqla Kroosu transfer etmək istəyir. Məlumata görə, "qırmızı şeytanlar" Kroos üçün 80 milyon avro büdcə ayırıb.


Qeyd edək ki, "Real" Kroosu 2014-cü ildə "Bavariya"dan 25 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu 28 yaşlı yarımmüdafiəçi cari mövsümdə 29 rəsmi oyuna çıxaraq 4 qol vurub və 7 məhsuldar ötürmə edib./Fanat.Az

Xəbər lenti