Xəzər Xəbər

"Silvestr Stallone ölüb" — İDDİALARINA CAVAB

Şou Biznes | 17:40 • 20 Fevral 2018
"Silvestr Stallone ölüb"

Dünyanın məşhur ulduzu Silvestr Stallonun öldüyünə dair sosial mətbuatda xəbərlər çaşqınlığa səbəb olub.

Aktyor bu iddiaları İnstaqram səhifəsində yalanlayıb: "Lütfən, bu axmaqlığa göz yumun",-deyə cavab verib.

71 yaşlı aktyorun ölüm xəbəri dünyanın dörd bir tərəfindəki pərəstişkarlarını sarsıdıb. Aktyor isə İnstaqram səhifəsində xəbərin yalan olduğunu bildirib.

Maraqlıdır ki, eyni iddia 18 ay əvvəl, 2016-cı ilin fevral ayında da gündəmə gəlmişdi. O dövrdə də Silvestr Stallonenin meyitinin Los-Ancelesdəki evində tapıldığı barədə iddialar səsləndirilmişdi. Xəbər qısa müddət sonra yalanlanmışdı

Silvestr isə, dünən İnstaqram səhifəsində "Lütfən, bu axmaqlığa göz yumun. Sağam, yaxşıyam, sağlamam və xoşbəxtəm"-mesajını verib.

Xəbər lenti