Xəzər Xəbər

"Qarabağ"ın oyunçusu İstanbul NƏHƏNGİNDƏ

İdman | 11:37 • 20 Fevral 2018
"Qarabağ"ın oyunçusu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə karyerasını yenidən Türkiyədə davam etdirəcək.

17 yaşlı yarımmüdafiəçi "Fənərbaxça” ilə anlaşıb.

"Qarabağ”ın futbolçusu "sarı-lacivərdlilər”in bu ay aşağı yaş qrupuna cəlb etdiyi səkkiz oyunçudan biri olub.

Turan Vəlizadə "Fənərbaxça”nın U-17 komandasında oynayacaq. O, U-19 yığmamızın ötənaykı Antalya toplanışında iştirak edib.

Qeyd edək ki, Turan Vəlizadə 2015-ci ildə də "Əlincə” klubundan "Fənərbaxça”ya gedib. Lakin sonradan vətənə dönən yarımmüdafiəçi "Qarabağ”ın aşağı yaş qruplarına cəlb olunub.

Xəbər lenti