Xəzər Xəbər

Daha sürücülər sükan arxasında yatmayacaq - Xüsusi eynək hazırlanıb - VİDEO

Veb TV | 20:50 • 19 Fevral 2018
Daha sürücülər sükan arxasında yatmayacaq -

Bakıda bir qrup gənc sürücüləri oyadan eynək hazırlayıb.

Eynək sürcünün sükan arxasında yatmasına imkan vermir.

Xezerxeber.az-ın məlumatına görə, gənc ixtiraçılar - Alim Babazadə və onun komandasının "Vake me up", yəni "məni oyat" layihəsi çərçivəsində hazırladıqları eynək sayəsində reallaşacaq. Eynək sürcünün sükan arxasında yuxlamasına imkan verməyəcək. Sürücünün gözü yumulduqda, qurğu 2 saniyədən bir onun yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

Bu qurğunun hazırlanmasında məqsəd ağır yol nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Azərbaycan Texniki Univeristetinin tələbələri bu eynəyi bir ilə hazırlayıblar. Layihə daha da təkmilləşdirildikdən sonra həmin eynəklərdən avtomobillərdə istifadə etmək mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti