Xəzər Xəbər

Nənəsinin sandığından qədim əşya tapdı - VİDEO

Veb TV | 21:00 • 18 Fevral 2018
Nənəsinin sandığından qədim əşya tapdı -

Qazax sakini qədim əşya tapıb. 16-cı əsrə aid olması ehtimal edilən əşyanın orta əsrlərdə məişətdə istifadə olunduğu güman edilir.

Xezerxeber.az-ın məlumatına görə, Qazax sakini Coşqun Hümbətov evlərindəki köhnə sandığın içini boşaldarkən tapdığı əşya diqqətini cəlb edib. Çaynik formasında olan kiçik ölçülü metal qab rayon sakinində xüsusi maraq doğurub. Yaşlı insanlara göstərdikdən sonra məlum olub ki, onun tapdığı əşya olduqca qədimdir. Güman edilir ki, qədimdə bu qabdan şərab və ya başqa maye məhsulları saxlamaq üçün istifadə olunub. İki hissədən ibarət olan əşyanın mis və tuncdan hazırlandığı ehtimal olunur.

Əşyanın hər iki tərəfində ərəbcə yazı var. Yuxarı hissəsində 4 rəqəmdən ibarət ədəd yazılıb ki, bu da qabın düzəldiyi tarixi göstərə bilər. Əşyanın üzərinə döymə üsulu ilə bəzəklər əlavə olunub.

Coşqun Hümbətov tapdığı qədim əşyanın dəqiq tarixinin öyrənilməsi üçün aidiyyati qurumlara müraciət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti