Xəzər Xəbər

Tramp FTB-ni günahlandırdı

Dünya | 10:37 • 18 Fevral 2018
Tramp FTB-ni günahlandırdı

ABŞ prezidenti Donald Tramp Florida qətlyamında Federal Təhqiqatlar Bürosunu günahlandırıb.

Trend-in məlumatına görə, Tramp bəyan edib ki, FTB Rusiyanın ABŞ-daki prezident seçkilərinə ehtimal olunan müdaxiləsinə dair araşdırmalara həddinən artıq çox vaxt sərf edib və beləliklədə "Florida qatili” barədə daxil olan məlumatlara önəm verməyib.

"FTB-in Florida qatili barədə daxil olan bir çox siqnalları qaçırması çox üzücüdür. Bu qəbuledilməzdir. Onlar Rusiya ilə gizli sövdələşmənin mövcüdluğunu sübuta yetirmək cəhdlərinə həddindən artıq çox vaxt sərf edirlər", - deyə, Donald Tramp özünün Twitter hesabında yazıb.

Xatırladaq ki, bir neçə gün öncə 19 yaşlı Nikolas Kruz ABŞ-ın Florida ştatındaki məktəbdə atəş açmış, hadisə nəticəsində 17 nəfər həlak olmuşdu.

Xəbər lenti