Xəzər Xəbər

Yevlaxın Varvara kəndində qəribə adət: Bəd nəzərdən belə qorunurlar - VİDEO

Veb TV | 20:59 • 17 Fevral 2018
Yevlaxın Varvara kəndində qəribə adət:

İndi sizə maraqlı bir kənddən bəhs edəcəyik. Beləki, bu kənddəki bütün evlərin darvazısını köhnə ayaqqabı və heyvan buynuzları bəzəyir.

Köhnə ayaqqabı, müxtəlif heyvanların buynuzları... Bu əşyaların hər biri evlərin darvazalarından asılıb.

Bu kənd qeyri adi ənənəsinə görə fərqlənir. Maraqlı adət Yevlaxın Varvara kəndində illərdir mövcuddur.yaşayış məntəqəsində əksər həyətlərdə belə əşyalara rast gəlinir.

Kənd sakinləri bunu gözdən, nəzərdən qorunmaq üçün asıldığını deyir. Əgər mənzilin girişində belə əşyalar olmazsa nəzər evə, burada yaşaynlara öz təsirinini tez göstərər.

Varvara kəndinə gəlib-gedənlərin diqqətini çəkən bəd nəzərdən maraqlı qorunma üsuluna inanlarda var, əksini düşünənlər də. Sakinlər deyir darvazlardan asılan buynuzlar daha çox iri heyvanların olur. Bu da həmin mənzilə ruzi bərəkət xeyr gətirməsi üçün edilir. Köhnə ayaqqabılar isə bəd-nəzəri uzaq edir.

Heyvan buynuzu və istifadəyə yarasız olan ayaqqabılar həyətlərin görünən, diqqət çəkən hissələrinə asılır. Varvara kəndində illərdir yaşadılan maraqlı adət sakinlərin ən çox inandığı qorunma üsuludu.

Xəbər lenti