Xəzər Xəbər

Ötən il kimsəsizlər qəbiristanlığında 322 nəfər dəfn edilib - VİDEO

Veb TV | 20:33 • 23 Yanvar 2018
Ötən il kimsəsizlər qəbiristanlığında 322 nəfər dəfn edilib -

Bakıdakı sahibsizlər qəbiristanlığında bəzi qəbirlərin içi zibillə dolub, bəzilərində isə çürüməkdə olan meyitlərin skeletləri üzə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, ötən il ərzində kimsəsizlər qəbiristanında 322 nəfər basdırılıb.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib ki, həmin şəxslər Hövsan qəbiristanlığında kimsəsizlər üçün ayrılan hissədə dəfn olunub.

Çox sayda insanın dəfn olunduğu bu qəbiristanlıqda məzarların əksəriyyəti sahibsizdir. Ancaq bəzilərinin yaxınları sonradan ortaya çıxıb.

Sabir Həsənovun sözlərinə görə, ölmüş insanların bu qəbiristanlıqda basdırılmalarının da xüsusi qaydası var.

Ümumiyyətlə isə burda dəfn olunanların yaxınları meyitin çıxarılıb başqa qəbiristanlığa aparılmasını da tələb edə bilər. Ancaq bunun xüsusi qaydaları var. Meyitin çıxarılması dəfn olunduğu torpaqdan asılıdır. Torpaq qumludursa 1 il, suludursa 3 il sonra həmin meyiti çıxarmaq olar. Səbəb həmin meyitin infeksiya mənbəyi sayılmasıdır. Statistika isə göstərir ki, il ərzində belə müraciət 1-2 nəfərdən çox olmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti