Xəzər Xəbər

“Azərbaycan müstəqil xarici siyasət formalaşdıra bilib” Prezident

Gündəm | 17:58 • 23 Yanvar 2018
“Azərbaycan müstəqil xarici siyasət formalaşdıra bilib”

"Azərbaycanın torpaqlarımızın 20 faizini işğal edən Ermənistan istisna olmaqla bütün qonşuları ilə yaxşı münasibətləri var. Bizim Xəzər dənizi və quru yolu ilə bütün qonşularla xüsusi əməkdaşlıq münasibətlərimiz mövcuddur”.

XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya” sessiyasında aparıcının sualına cavab olaraq deyib.

"Ölkəmiz gəncdir, cəmi 26 yaşı var. Lakin Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib, müstəqil xarici siyasət formalaşdıra bilib. Bu xarici siyasət bizim milli maraqlarımıza uyğundur və qonşularımızın maraqlarına zidd deyil. Qonşuluq həm problem, həm də üstünlük ola bilər. Bu, ölkənin yürütdüyü siyasətdən və qonşularla əlaqələrdən asılıdır. Düşünürəm ki, hər bir ölkə üçün qonşuları ilə münasibətləri prirotet olmalıdır.

Bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır. Bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır. Bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir”, - deyə İlham Əliyev qeyd edib.

Xəbər lenti