Xəzər Xəbər

Müəllimin pul kolleksiyası dərsdə də işinə yarayır - VİDEO

Veb TV | 20:37 • 23 Yanvar 2018
Müəllimin pul kolleksiyası dərsdə də işinə yarayır -

Mingəçevirdə tarix müəlliminin yığdığı pul kolleksiyası dərs vəsaiti kimi istifadə olunur. Həmin pullar arasında diqqət çəkəni isə Rusiya və Çin dövlətlərinə aiddir.

Xezerxeber.az-ın məlumatına görə, müəllimin maraqlı xobbisi şagirdlərinin də işinə yarıyır. Tarix fənnini tədris edən bu müəllimə 20 ildən artıqdır ki, 40-dan çox ölkənin pullarını toplaya bilib.

Mingəçevirdə yaşayan Almaz Məmmədova tələbəlik illərindən bu günə qədər Avropa, Asiya, Amerika hətta Afrika ölkələrinin işlək olan kağız və dəmir pullarını əldə edə bilib. Şəhər sakini kolleksiyasını qohum-əqraba, dost-tanışı, ən əsası isə şagirdlərinin hesabına zənginləşdirib. Xarici ölkələrə səfər edənlər həmin dövlətin işlək pulundan Almaz xanım üçün gətiriblər.

Kolleksiyada ən çox üstünlük təşkil edən müxtəlif ölkələrin qəpiklərdir. Almaz müəllimə onları mücrüdə saxlayır. Həmin pullar arasında ən diqqət çəkəni isə Rusiya və Çin dövlətlərinə aiddir. Biri formasına, digəri isə miqdarına görə görənlərin marağına səbəb olur.

Tarix müəlliminin illərdir ki, topladığı pullardan şagirdləri daha çox faydalanır. Almaz Məmmədova məktəblilərə dövlət haqqında məlumat verən zaman həmin ölkənin pulunu əyani şəkildə göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti