Xəzər Xəbər

Bakı yollarında panduslar quraşdırılır VİDEO

Veb TV | 20:54 • 22 Yanvar 2018
Bakı yollarında panduslar quraşdırılır

Paytaxtın 5 rayonunda , ümumilikdə 415 nöqtədə yeni panduslar quraşdırılacaq. Bu panduslar sayəsində fiziki məhdudiyyətli şəxslər və yaxud uşaq arabasıyla hərəkət edənlər yol ayrıclarını maneəsiz keçə biləcəklər. Bundan başqa cari ilin ilk yarısına kimi paytaxtdakı piyada keçidləri olan bütün işıqforlara səsli xəbərdarlıq edən avadanlıq quraşıdırlacaq.

Hündür formada inşa edilən, əlil və uşaq arabalarının keçməsinə mane yaradan keçidlər sökülür yerində yeni panduslar hazırlanır.

Ötən ilin sonlarından başlayaraq paytaxtdakı yol ayrıclarında pandusların quraşdırılmasına başlanılıb. Məqsəd əlilliyi olan yaxud da ki, uşaq arabası ilə hərəkət edən şəxslərin yolu manesiz keçməsin təmin etməkdir.

Bundan başqa paytadakı yaxınlıqında piyada keçidi olan bütün işıqforlarda səsli işıqforların quraşdırılması planlaşdırılır.

Bütün bu işlərin cari ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Cəmiyyətdə isə bu panduslara münasibət birmənalı deyil.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə qarlı havalarda sürüşmənin qarşısını almaq məqsədi ilə pandusların tikilməsində xüsusi daşlardan istifadə edilib.

Xəbər lenti