Xəzər Xəbər

Bakı zooparkında yeniliklər var: Heyvanlar vəhşi təbiətə buraxılacaq - VİDEO

Veb TV | 20:55 • 22 Yanvar 2018
Bakı zooparkında yeniliklər var:

Bakı zooparkında saxlanılan heyvanların sayı artıb. Bol bala verən maral, kirpi və qırqovul vəhşi təbiətə buraxılacaq. Onlar bir müddət Şamaxıda yerləşən safari parkında saxlanılacaqlar.

Bakı zooparkındakı bəzi heyvanlar təbiətə buraxılacaq.

Artıq bir neçə ildir ki, planlanan layihə reallaşmaq üzrədir. Zooparkdakı bəzi heyvanlar ötən illər ərzində bol bala veriblər. Elə bu səbəbdən də onların sayı artdığından təbiətə buraxılması nəzərdə tutulur.

Bakı zooloji parkının direktoru Azər Hüseynovun sözlərinə görə,həmin heyvanlar təbiətə buraxılmadan öncə Şamaxı Safari parkında xüsusi sahədə saxlanılacaqlar.

Qeyd edək ki,bundan öncə Bakı zooparkına tək olan bəzi heyvanların erkək və dişiləri gətirilib.Həmin heyvanların da nəslini artırmaq planlaşdırılır.

Xəbər lenti