Xəzər Xəbər

İçərisində 35 min manat və 18 min dollar olan seyfi oğurlayan şəxs 1 İL SONRA ƏLƏ KEÇDİ - VİDEO

Veb TV | 20:52 • 22 Yanvar 2018
İçərisində 35 min manat və 18  min dollar olan seyfi oğurlayan şəxs

Paytaxtın Yasamal rayonunda içərisində külli miqdarda pul olan seyfi oğurlayan şəxs polislər tərəfindən saxlanılıb. Həmin şəxs pulu xərclədikdən sonra seyfi çaya tullayıb. Xətai rayonunda isə cibgirlik edən 2 xalaoğlu saxlanılıb.

İçərisində 35 min manat və 19 min dollar yaxın pul olan seyfi oğurlayan şəxs saxlanılıb.

Paytaxtın Yasamal rayon polis idarəsi 29-cu polis bölməsi əməkdaşları qadının evindən seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nicat İsrafilovu saxlayıb.

Nicat İsrafilov seyfdəki pulları götürdükdən sonra xərcləyib,seyfi isə çaya atıb.

Xətai Rayon Polis İdarəsi əməkdaşları isə paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan 2 nəfəri saxlayıb.

Məlum olub ki həmin şəxslər əvvəllər dəfələrlə məhkum olunmuş - Səfər Əliyev və onun qohumu Sakit Əliyevdir.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti