Xəzər Xəbər

Qar sürüşmə sahələrini aktivləşdirdi VİDEO

Veb TV | 20:52 • 22 Yanvar 2018
Qar sürüşmə sahələrini aktivləşdirdi

Şamaxıda sürüşmə zonalarında aktivlik müşahidə olunub. Torpaq uçqunlarının baş verməsi səbəbindən bir neçə təsərrüfata ziyan dəyib, evlərin divarlarındakı çatlar genişlənib. Sürüşmə zolagına düşdüyünə görə Quşçu kəndində 10-a yaxın ev qeydiyyata alınıb.

Qarın əriməsi sürüşmə ərazilərində aktivliyi artırıb.

Şamaxının Quşçu kəndində baş verən torpaq sürüşməsi nəticəsində Yedi evin divarlarındakı çatlar genişlənib. Son bir həftə ərzində hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb.Kənd sakinlərinə məxsus əkin sahələri də yararsız vəziyyətə düşüb.

Sakinlərin sözlərinə görə 300 evin su ile təmin edən bulagin da torpağın altında qalma təhlükəsi var.

Sürüşməynən bağlı rayon fövqəladə hallar komissiyasına məlumat verilib.nümayəndələr əraziyə baxış keçirib.

Hazırda sürüşmə zolagına düşdüyünə görə Quşçu kəndində 9 ev qeydiyyata alınıb və nəzarətdə saxlanılır.

Xəbər lenti