Xəzər Xəbər

Davosda güclü qar nəqliyyatın hərəkətini iflic edib - FOTO

Dünya | 18:17 • 22 Yanvar 2018
Davosda güclü qar nəqliyyatın hərəkətini iflic edib -

Güclü qar İsveçrənin dağ-xizək kurortu Davosda nəqliyyatın hərəkətini iflic edib. Sabah bu kurort şəhərində Dünya İqtisadi Forumu açılacaq.

Xezerxeber.az "RİA Novosti" informasiya agentliyinə istinadən xəbər verir ki, ötən həftə başlayan və hələ də yağmaqda davam edən qar səbəbindən yanvarın 22-də günorta saatlarında Davos və Kolesters arasında qatarların hərəkəti tam dayanıb. Hazırda kəndlər arasında Forum təşkilatçıları tərəfindən verilmiş mikroavtobuslar işləyir. Lakin çoxlu qar kütləsi Davosun küçələrində hərəkəti olduqca çətinləşdirib: insanlar tıxaclarda uzun-uzadı gözləməli olurlar.

Bazar ertəsi günü İsveçrənin Qar və Uçqun Tədqiqatı İnstitutu İsveçrə Alpları, o cümlədən Davos rayonunda ən yüksək – beşinci dərəcə qar uçqunu təhlükəsi səviyyəsi barədə məlumat yayıb.

Xəbər lenti