Xəzər Xəbər

Türkiyə raket atəşinə tutuldu - Hərbçilər yaralandı

Dünya | 18:13 • 22 Yanvar 2018
Türkiyə raket atəşinə tutuldu -

Türkiyənin şərqindəki Hakkari vilayətində hərbi hissə İraq ərazisindən atəşə tutulub.

Trend-in məlumatına görə, İraq ərazisindən hədəflənən raket atəşi nəticəsində 3 türk hərbçi yaralanıb.

Bildirilir ki, atəş PKK terror təşkilatının mənsubları tərəfindən açılıb.

İnsidentdən dərhal sonra Türkiyə adekvat cavab verib. Türkiyə təyyarələri İraqın şimalında hava əməliyyatlarına başlayıb.

Xəbər lenti