Xəzər Xəbər

Qadına qarşı quldurluq edən şəxs saxlanılıb

Hadisə | 15:23 • 22 Yanvar 2018
Qadına qarşı quldurluq edən şəxs saxlanılıb

Yanvarın 13-də Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, dərhal əməliyyat qrupu yaradılıb, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin qadının Bakı şəhər sakini Firəngiz Heydərova olduğu müəyyənləşib. Məlum olub ki, həmin gün F.Heydərovanın yaşadığı evin girişində naməlum şəxs tərəfindən başına küt alətlə xəsarət yetirilib və içərisində iki mobil telefonu olan çantası götürülüb.

Baş Cinayət Axtarışı İdarəsinin, Metropolitendə Polis Şöbəsinin, 24-cü polis bölməsinin, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum edilən Etibar Məmmədov olması müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti