Xəzər Xəbər

Buffon tarixə düşmək şansını əldən verdi

İdman | 14:07 • 22 Yanvar 2018
Buffon tarixə düşmək şansını əldən verdi
Əfsanəvi qapıçı İtaliya liqasında ən çox oyun keçirən futbolçu olmaq imkanını zədə səbəbindən qaçırıb.

O, "Cenoa" ilə A seriyası matçında meydana çıxmayacaq. Buna görə də, Paolo Maldiniyə məxsus rekordu qıra bilməyəcək.

Mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan 39 yaşlı "çərçivə qoruyucusu" bundan sonra liqadakı bütün oyunlarda oynasa belə, sadəcə Maldininin rekordunu təkrarlaya biləcək.

Qeyd edək ki, A seriyasında ən çox oyun keçirən "Milan"ın əfsanəsi Paolo Maldini 647 dəfə meydana çıxıb.

Xəbər lenti