Xəzər Xəbər

Tom Kruz "Ən pis aktyor" seçilə bilər

Şou Biznes | 13:36 • 22 Yanvar 2018
Tom Kruz "Ən pis aktyor" seçilə bilər

Kinematoqrafiya sahəsində ən şübhəli nailiyyətlərə görə təqdim olunan "Qızıl moruq” antimükafatının təsisçiləri 2018-ci ilin nominantlarını elan ediblər.

XəzərXəbər-in lent.az-a istinadən verdiyi xəbərə görə, "İnsanlara və ətraf mühitə təhlükəli elementlərin məhvi”nə həsr olunmuş zarafat xarakterli rolikdə "Ən pis aktyor”, "Ən pis film”, "Ən pis aktrisa” nominasiyalarına namizədlər açıqlanıb.

"Ən pis aktyor” antimükafatına ("Zəhərli aktyor oyunu” kateqoriyasında) namizədlərin arasında Conni Depp ("Karib dənizinin quldurları”) və Tom Kruz ("Mumiya”) var.

"Ən pis aktrisa” ("Zəhərləyici ifa”) kateqoriyasında yarışanların arasında Emmi Uotson, Ceniffer Lourensin ad çəkilir.

"Ən pis film” nominasiyasına isə "Emoci film”, "Tranformerlər-sonuncu cəngavər”, "Bozun əlli çaları”, "Mumiya” və "Malibu xilaskarları” təqdim olunub.

Laureatlar martın 3-də elan olunacaq.

Xəbər lenti