Xəzər Xəbər

İran və Türkiyə ordularının baş qərargah rəisləri arasında telefon danışığı olub

Dünya | 08:24 • 22 Yanvar 2018
İran və Türkiyə ordularının baş qərargah rəisləri arasında telefon danışığı olub

Bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusu Akar arasında telefon danışığı olub.


AZƏRTAC xəbər verir ki, telefon söhbəti zamanı generallar terrora qarşı birgə mübarizə istiqamətində aparılan hərbi əməliyyatları müzakirə ediblər.


İran mətbuatının məlumatına görə, telefon danışığı zamanı əsasən Türkiyə ordusunun "Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsinə daxil olması müzakirə edilib.


Türkiyənin milli maraqlarına zidd addımlar atan silahlı terror qruplaşmasının sərhədə toplaşaraq təhlükəsizliyə təhdid törətməsi Ankaranın ciddi narahatçılığına səbəb olub. Bu səbəbdən də hərbi əməliyyat qaçılmaz idi.

Xəbər lenti