Xəzər Xəbər

Ucarda ata və oğul bıçaqlandı Ata öldü - VİDEO

Veb TV | 20:54 • 20 Yanvar 2018
Ucarda ata və oğul bıçaqlandı
Ucarda ata və oğul bıçaqlanıb. Hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, ata xəstəxanada dünyasını dəyişib. Hadisəyə tərəflər arasında avtomobillə bağlı baş vermiş mübahisənin səbəb olduğu bildirilir.

Ata və oğul bıçaqlanıb. Onlardan biri xəstəxanada ölüb.

Hadisə ötən gecə 23:30 radələrində Ucar rayonunda baş verib.

59 yaşlı Tehran Zahidov və oğlu 36 yaşlı Samir Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Tehran Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hadisənin tərəflər arasında avtomobillə bağlı baş vermiş mübahisədən sonra törədildiyi bildirilir.

Ucar rayon Prokurorluğundan verilən məlumata görə, cinayətin törədilməsində şübhəli bilinən Nurlan İsayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Xəbər lenti