Xəzər Xəbər

Şüşələrdən hazırlanmış cürbəcür əl işləri görənlərin diqqətini çəkir VİDEO

Veb TV | 20:55 • 20 Yanvar 2018
Şüşələrdən hazırlanmış cürbəcür əl işləri görənlərin diqqətini çəkir

Oğuzun Kərimli kəndində yaşayan Orxan Abdullayev şüşədən müxtəlif əl işləri hazırlayır. Sənəti atasından öyrəndiyini deyən Orxan sifarişlərin çox olduğunu deyir. Gənc dekorativ şüşə ustasının sözlərinə görə, şüşədən əl işləri hazırlamaq heç də asan deyil.

Şüşələrdən hazırlanmış cürbəcür əl işləri görənlərin diqqətini çəkir.

Oğuz rayonunun Kərimli kənd sakini, 26 yaşlı Orxan Abdullayev nadir sayılan sənət növlərindən biri ilə - dekorativ şüşəçiliklə məşğuldur.

O, atasından öyrəndiyi sənəti daha da təkmilləşdirmək istəyir. Gənc usta şüşə, taxta, zər, yapışqan və digər materiallardan istifadə etməklə hərflər, ürək, ziqzaq, trapesiya və kub formalı fiqurlar, rəflər, stol, dayaq və digər əşyalar düzəldir.

Əl işlərinin hazırlanması müddəti onların formasından asılıdır. Bəzən hansısa əl işinə 1 ay vaxt sərf olunur. Çünki əl işlərini hazırlamaq üçün 100-dən cox şüşə qırıqlarını kəsərək müxtəlif formalara salmaq lazım gəlir.

Bu əl işləri müxtəlif qiymətlərə satılır.

Orxan Abdullayev kifayət qədər alıcısının olduğunu deyir.


Xəbər lenti