Xəzər Xəbər

20 yanvar: Azərbaycan xalqı vəfa borcunu yerinə yetirir - VİDEO

Veb TV | 20:57 • 20 Yanvar 2018
20 yanvar:

1990-ci il, 19-dan 20-ə keçən gecə bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın həyata keçirildi. Məqsəd, öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyən xalqın iradəsini qırmaq idi. Heçnə planlaşdırılan kimi getmədi və 20 yanvar günü şəhidlər azadlığı öz canlarıyla qazandılar. Buna görə də 20 yanvar tarixə qəhramanlıq səlnaməsi kimi qeyd olunub. Bu gün hadisənin üzərindən 28 il ötür. Hər il olduğu kimi bu il də insanlar şəhidlərə öz ehtiramlarını bildirmək üçün xiyabana axışıblar.

28 ildir oğul itirən ana yenə fəryad elədi. Bu gün də 19 yaşlı oğlu üçün göz yaşı tökdü

Şəhidlərə vəfa borclarını bildirmək üçün gələnlər arasında onların ailə üzvləri də vardı.

Biri üçrəngli bayrağı çiyinində daşıdı, digər qadın isə hərbi geyimdə ziyarətə gəldi.

Bu gün Şəhidlər xiyabanı yenə minlərlə ziyarətçiyə qucaq açdı. üzərindən 28 il ötsə də insanlar öz vəfa borclarını ödəmək üçün xiyabana axın etdilər.

Hər il olduğu kimi bu il də saat 12-i göstərən kimi 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verdi.

Havanın soyuq olmasına baxmayaraq günün ikinci yarısı da insan axını müşahidə edildi.

Qeyd edək ki, günün sonuna qədər ziyarət davam edib.


Xəbər lenti