Xəzər Xəbər

İrəvanda gərginlik artır VİDEO

Veb TV | 20:53 • 20 Yanvar 2018
İrəvanda gərginlik artır

Ötən gün Ermənistanda keçirilən kütləvi etiraz aksiyası bəzi siyasi qruplar üçün də fürsət olub. Artıq hökumət əleyhinə çıxan "Yelk"- çıxış fraksiyasına qoşulan qrupların sayı artır. Bu isə ölkədə kütləvi aksiyaların hələ də davam edəcəyini göstərir.

Ötən gündən etibarən Ermənistanda hakimiyyət əleyhinə başlayan yeni kütləvi aksiyalar davam edəcək.

Bəzi erməni ekspertləri bunun hakimiyyətin dəyişməsi ilə nəticələnə biləcəyini deyir. Ekspertlərin fikrincə, hələlik əsas səbəb kimi yeni ilin ilk günlərindən başlanmış bahalaşmaya qarşı mübarizə göstərilir. Ancaq ölkədəki vəziyyətin təhlili göstərir ki, iqtisadi tələblərin inkişafı gedişində siyasi tələblərin də səsləndrilməsi baş verəcək. Təşkilatçıların məqsədi xalqı meydanlara çıxarmaqdır.

Artıq bəzi qruplar mitinqlərə qoşulmaq barədə qərarlarını açıqlamağa başlayıblar. "Sağ sükan" vətəndaş təşəbbüs qrupu "Yelk"-Çıxış fraksiyasının mitinq qərarına qoşulan ilk dəstədir. Fəallar hesab edirlər ki, hakimiyyətə qarşı mübarizə daha mütəşəkkil və səmərəli olacaq.

Təşəbbüs qrupunun əlaqələndiricisi Qevorq Açemyan mətbuata açıqlmasında deyib: "Biz artıq bildirmişik ki, mübarizə cəbhəmizi genişləndiririk və təkcə sağsükanlı avtomobillər üçün yox, həm də qiymətlərin artmasına qarşı mübarizə aparırıq. Biz "Yelk" -Çıxış fraksiyasının nümayəndələrinin elan etdikləri mitinqə qoşuluruq, çünki avtomobillərin də qiymətləri qalxacaq, bu isə xalqın acınacaqlı vəziyyətini daha da ağırlaşdıracaq". Onun fikrincə, hökumət qiymətləri süni şəkildə qaldırır.

Qeyd edək ki, İrəvanda növbəti kütləvi etiraz aksiyasının fevralın 5-də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti