Xəzər Xəbər

MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı VİDEO

Veb TV | 20:56 • 20 Yanvar 2018
MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb. Hazırda ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir. Mərkəzi seçki komissiyasının sədri Məzahir Pənahov deyib ki, seçiçi siyahılarıyla bağlı iş yaz aylarında tamamlanacaq. Bunun ardınca siyahılar rəsmi sənəd kimi təsdiq olunacaq.

MSK sədri siyasi partiyaların hesabat məsələsinə də toxunub. O deyib ki, artıq bu işə məsuliyyətlə yanaşılır. Siyasi partiyalar 2017-ci il üzrə maliyyə hesabatlarını ilin əvvəlindən göndərməyə başlayıblar.

Ölkədə növbəti prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti