Xəzər Xəbər

Düşmən kəndimizi atəşə tutdu

Hadisə | 17:05 • 20 Yanvar 2018
Düşmən kəndimizi atəşə tutdu

Ermənistan ordusunun bölmələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub.

XəzərXəbər APA-ya istinadə yanvarın 20-də günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib.

Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Müdafiə Nazirliyi faktı təsdiq edib.

Xəbər lenti