Xəzər Xəbər

Bağlanan banklara məxsus avtomobillər satıldı

İqtisadiyyat | 14:48 • 20 Yanvar 2018
Bağlanan banklara məxsus avtomobillər satıldı

Xammal və Əmtəə Birjası Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Fonddan XəzərXəbər-ə verilən məlumata görə, açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan BankStandard QSC-nin balansında olan 1 (bir) ədəd "Mercedes-815” yük avtomobili, 1 ədəd "Fiat Doblo Cargo”, 3 ədəd "Mitsubishi Lancer”, 4 ədəd "Hyundai Accent” minik avtomobilləri və 1 ədəd embosser "Matica Z9” satılıb.

Həmçinin ləgv prosesində olan Atrabank ASC-nin balansında olan 1 ədəd "Mitsubishi Pajero”, 1 ədəd "Ford Focus” minik avtomobilləri, 1ədəd HCM (bank avadanlığı) və 1ədəd embosser "Matica Z3” satılıb.

Xəbər lenti