Xəzər Xəbər

Atanı öldürüb, oğlunu yaralayan Ucar sakini saxlanıldı

Hadisə | 14:24 • 20 Yanvar 2018
Atanı öldürüb, oğlunu yaralayan Ucar sakini saxlanıldı

Ucar şəhərində ata və oğlunu bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, cinayəti törədən şəxsin onların həmyerlisi olduğu ortaya çıxıb.

Belə ki, yanvarın 19-da Ucar şəhəri ərazisində şəhər sakini Tehran Zahidovun və oğlu Samirin bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmələri, T.Zahidovun orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla onlara bıçaqla xəsarətlərin münaqişə zəminində həmyerliləri Nurlan İsayev tərəfindən yetirilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş N.İsayev saxlanılaraq istintaqa cəlb olunub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər lenti