Xəzər Xəbər

Bakıda maşın oğruları tutuldu

Hadisə | 14:17 • 20 Yanvar 2018
Bakıda maşın oğruları tutuldu

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən "VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb.​Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. ​Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib.

Eyni zamanda Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub. ​Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun "VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin "VAZ-21074” markalı avtomobillərin qaçırılmaları müəyyən edilib.

​Təxirəsalınmaz tədbirlərlə "VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb.
Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib. Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.

Xəbər lenti