Xəzər Xəbər

Qobustanda qədim dövrə aid qəbir daşları aşkarlanıb - VİDEO

Veb TV | 20:39 • 13 Dekabr 2017
Qobustanda qədim dövrə aid qəbir daşları aşkarlanıb -

Qobustanda kənd sakini qədim dövrə aid qəbir daşları aşkarlayıb.

Xezerxeber.az-ın məlumatına görə, əkin sahəsinə baş çəkən kənd sakini tarixi qəbiristanlıq aşkarlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Qobustan rayonunun Təsi kəndi ərazisində qədim qəbir daşlarına Anar Mərdanov rast gəlib.

Aşkarlanan qəbir daşları Pirsaat çayının Qərb sahilində, qədim kurqanın ətrafında yerləşir. Hazırda ərazidə 6 qəbir daşı var ki, onlardan bəziləri torpaqın altında qalıb. 3 qəbir daşı isə üzəri aşınmaya məruz qalıb.

Yalnız bir qəbir daşının üzərindəki nişanə onun e.ə ııı minilliyə, Alban dövrünə aid olduğu ehdimalını gücləndirir.Tarixçilərin sözlərinə görə, bu nişanə həmin dövrə məxsusdur.

Ərazidə araşdırma aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna muraciət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti