Xəzər Xəbər

Azərbaycan Silahlı Qüvvələrinə yeni səlahiyyət verilir - VİDEO

Veb TV | 20:39 • 13 Dekabr 2017
Azərbaycan Silahlı Qüvvələrinə yeni səlahiyyət verilir -

Dünya təcrübəsində ordulara verilən bəzi səlahiyyətlər, Azərbaycan Silahlı Qüvvələrinə də veriləcək. Bunun üçün "Silahlı Qüvvələri haqqında" qanuna dəyişiklik təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, yeni dəyişikliyə əsasən Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, xüsusilə sosial şəbəklərdə ordu ilə bağlı məlumatların yayılmasının qarşısının alınması üçün işlər görüləcək.

Qanuna təklif edilən dəyişikliyə əsasən, Silahlı Qüvvələrə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin edilməsində iştirak etmək hüququ verilə bilər.

Bundan başqa, dəyişikliklə Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək. Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti