Xəzər Xəbər

Bakıya 350-yə yaxın yeni avtobus gətiriləcək

İqtisadiyyat | 17:01 • 13 Dekabr 2017
Bakıya 350-yə yaxın yeni avtobus gətiriləcək

2018-ci ildə Bakıya 350-yə yaxın yeni avtobuslar gətiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, bu avtobuslardan təxminən 20 ədədi uzunluğu 18 metr olan iritutumlu avtobuslardır. İritutumlu avtobuslar Bakının küçələrində heç bir tıxaca səbəb olmadan, rahat hərəkət edə biləcək. Bununla bağlı Bakının mərkəzi küçələrində təhlillər aparılıb.

Xəbər lenti