Xəzər Xəbər

ABŞ-ın Rusiyadakı səfiri: "Krım Ukraynadır"

Dünya | 16:28 • 13 Dekabr 2017
ABŞ-ın Rusiyadakı səfiri: "Krım Ukraynadır"

"Ukraynanın ərazi bütövlüyü bərpa olunmadan ABŞ və Rusiya arasında münasibətlərin normallaşması mümkün deyil".

APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman özünün "Twitter" səhifəsində yazıb.

Səfir "Krım kimindir?" sualına belə cavab verib: "Bu suala beynəlxalq hüquqla tanış olan istənilən şəxs cavab verə bilər. Krım Ukraynadır. Rusiya-Amerika əlaqələrinin yaxşılaşması üçün Ukraynanın ərazi bütövlüyünün bərpası çox vacibdir".

Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson da Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qəbul etməyəcəklərini və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər sanksiyaları ləğv etməyəcəklərini açıqlayıb: "Biz Krım məsələsinə qayıdacağıq. Mən bilirəm ki, prezident Putin aydın bəyan edib ki, bu məsələ danışıqlar masasında müzakirə olunmayacaq. Lakin hansısa məqamda müzakirə olunacaq, sadəcə, indi biz Ukraynanın şərqində zorakılığı dayandırmalıyıq".

Xəbər lenti