Xəzər Xəbər

Ərəb şahzadəsi İsa peyğəmbərin rəsminə 450 milyon verdi – NİYƏ?

Dünya | 16:20 • 13 Dekabr 2017
Ərəb şahzadəsi İsa peyğəmbərin rəsminə

Bu günlərdə Leonardo da Vinçinin daha bir əsəri 450 milyon dollara satılıb. "Dünyanın xilaskarı” adlı əsər artıq dünyada ən baha qiymətə satılan rəsm əsəri hesab olunur.

"Christieʼs” hərrac evindən bu portreti alan ərəb şahzadəsi Bader Bin Abdulla bin Məhəmməd bin Fərhan Əl Sauddur.

İnsan təsvirlərinin qadağan edildiyi müsəlman ölkəsində İsa peyğımbərin təsvirinə 450 milyon verməkdə şahzadənin məqsədi nədir?

Şahzadə əsəri alaraq Əbu Dabida açılmış "Luvr abu Dabi” muzeyindən asıb. Böyük tikinti işlərinə sərmayə yatıran şahzadə əslində aldığı əsərin zaman keçdikcə daha çox dəyər qazanacağını çox yaxşı bilir.

517 il əvvəl çəkilmiş bu əsər Vinçinin bütün əsərləri kimi dünya mədəniyyət inciləri syahısındadır./Bizimyol.biz

Xəbər lenti