Xəzər Xəbər

Şimali Koreya ABŞ-a qalib gəldiyini açıqlayıb

Dünya | 10:29 • 12 Dekabr 2017
Şimali Koreya ABŞ-a qalib gəldiyini açıqlayıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) bəyan edib ki, həm siyasi, həm də hərbi qarşıdurmalarda ABŞ-a qalib gəlib. XəzərXəbər-in "Rusiya 24" kanalına istinadən verdiyi məlumata görə, bu barədə KXDR-in BMT-dəki daimi nümayəndəliyi yazılı bəyanatla çıxış edib.

Bəyanatda qeyd olunur ki, Pxenyan Şimali Koreyada insan hüquqları sahəsində vəziyyətlə bağlı Təhlükəsizlik Şurasında keçirilən iclası pisləyir və buna "düşmən qüvvələrin ümidsizlik aktı" kimi qiymət verir. Mətndə həmçinin deyilir ki, ABŞ və onun müttəfiqləri nüvə dövləti olan Şimali Koreyanı artıq qorxuda bilməyəcəklər.

Xəbər lenti