Xəzər Xəbər

Ermənistan Moskvada "ikinci cəbhə" açmağa çalışır - Azərbaycana qarşı - VİDEO

Veb TV | 20:29 • 11 Dekabr 2017
Ermənistan Moskvada "ikinci cəbhə" açmağa çalışır -

Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələri, mədəniyyət və bir-birinə qaynayıb-qarışan milyonlarla insanın taleyi bağlayır. Ötən 25 il ərzində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Diplomatik əlaqələrin qurulmasından indiyədək dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında 200-dən çox ikitərəfli sənədin imzalandıgının şahidi oluruq. Təəssüf ki, bu əlaqələrı gözü götürməyən anti-Azərbaycan dairələr və xüsusən də erməni əsilli şəxslər zaman-zaman iki ölkə arasında münasibətlərə xələl gətirməyə cəhdlər ediblər.

Azərbaycan daim beynəlxalq huququn norma və prınsıplərınə sadiq qalıb və ərazisində Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin sızmasına imkan verməyıb. Azərbaycan kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyətinin təsisatları da xalqlarımızın çoxəsrlik əlaqələrinə zidd mövqe tutmaqdan hər zaman çəkiniblər.

Bu gün Moskvanın siyasi dairələri Azərbaycanın geostrateji rolunu dəyərləndirir və başa düşürlər ki, iki dövlətin əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mühüm amilidir. Əfsuslar olsun ki, Rusiyanın müəyyən strukturlarına nüfüz etmiş erməni əsilli şəxslər anti-Azərbaycan siyasəti yürüdürlər.

Bir müddət əvvəl, Ermənistanda Azərbaycan əleyhinə "ikinci cəbhə" açmaq məqsədilə, Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimi dövlətə xəyanət etmiş xainlərindən istifadə edilərək kanallar açılıb. Erməni xüsusu xidmət orqanları planlı şəkildə bu kanalların mərkəzini İrəvandan Moskvaya köçürüb, burada əlləri yetən Rusiya saytlarından, QHT-lərdən dəstək alırlar. Bu saytların bəziləri Azərbaycan- Rusiya münasibətlərinə xələl gətirəcək, əsassız və yalan məlumatlar yaymaqla məşguldurlar. Azərbaycan dövlətinin maraqlarına yönələn bu cür destruktiv fəaliyyətin Rusiya paytaxtında rahatlıqla özünə yer tapması iki ölkə arasındakı münasibətlərin ruhuna və xarakterinə uygun gəlmir.

Rəsmi Bakı yaxşı başa düşür ki, bu cür məkrli planlar Rusiya- Azərbaycan münasibətlərini zədəlməyə xidmət edir. Çünki burada Azərbaycanla yanaşı Rusiyanın maraqları da tapdalanır. Məqsəd aydındır -erməni lobbisi Moskvanı öz məkirli planlarini həyata keçirmək üçün plasdarma çevirməyi hədəfləyib. Yəqin ki, rəsmi Bakının 25 illik dostu və strateji müttəfiqi olan Rusiyanı erməni xəyanətinin qurbanına çevrilməməyə və bu məsələdə ölkəmizə qarşı həssaslıq nümayiş etdirməyə çağırmağa haqqı çatır.


Xəbər lenti