Xəzər Xəbər

Bakıda maraqlı fləşmob - VİDEO

Veb TV | 20:40 • 11 Dekabr 2017
Bakıda maraqlı fləşmob -

Şəhərin mərkəzindəki Nizami küçəsində maraqlı fləşmob təşkil edilib. "NO twerk ON wheelz" adlı flaşmob Beynəlxalq əlillər Günü münasibəti ilə keçirilib.

Xezerxeber.az məlumat verir ki, əvvəlcə hər kəs bir mərkəzdə toplaşır. Daha sonra isə gənclər müxtəlif musiqilərin sədaları altında rəqs etməyə başlayır. Vaxt keçdikcə onların ətrafına toplaşan insanların sayı çoxalır.

Flashmobda 100-dən çox iştirakçı və fiziki məhdudiyyətli insanlar iştirak edib.

Əsas məqsəd əilliyi olan insanlara diqqəti cəlb etmək olub. Burada həmçinin əlilliyi olan insanlara heç bir məhdudiyyətin olmadığı göstərilməyə çalışılıb.

Flashmob sosial şəbəkələrdə böyük marağa səbəb olub. 1 gün ərzində videoya 100 mindən artıq istifadəçi baxıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti