Xəzər Xəbər

Gələn il aqrar sektorda 6,2 faiz artım gözlənilir

İqtisadiyyat | 14:13 • 21 Noyabr 2017
Gələn il aqrar sektorda 6,2 faiz artım gözlənilir

Gələn il aqrar sektorda 6,2 faiz artım gözlənilir. Aqroparklardakı işlər üçün 133 milyon manat dövlət investisiyası olmaqla 219 milyon manat vəsait ayrılıb.

Xezerxeber.az məlumat verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq və özünüməşğulluq proqramı genişləndiriləcək. Qeyd edib ki, 2018-ci ildə xidmət sektorunda 2,7 faiz, turizm sahəsində 6,6 faiz, nəqliyyat sektorunda isə 2,5 faiz artım proqnozlaşdırılır.

Xəbər lenti