Xəzər Xəbər

Putin: “Ən vacib mərhələ indi başlayır” - VİDEO

Veb TV | 14:02 • 21 Noyabr 2017
Putin:

"Rusiya və Suriya prezidentləri - Vladimir Putin və Bəşər Əsəd razılaşdılar ki, Suriyada hərbi əməliyyatlar başa çatmağa yaxındır və indi siyasi proseslərə keçmək lazımdır”.

SİTA agentliyi xəbər verir ki, bu haqda Kremlin saytında dərc olunan məlumatda deyilir.

"Düşünürəm, terrorizm problemi qlobal xarakterə malikdir. Terrorizm üzərində tam qələbə, əlbəttə, hələ çox uzaqdadır. Amma Suriya ərazisində terrorçularla mübarizə üzrə bizim birgə işimizə gəlincə, bu hərbi əməliyyat həqiqətən başa çatır. Düşünürəm ki, indi ən vacib məsələ siyasi proseslərə keçməkdir”, - Rusiya prezidenti deyib.

Suriya prezidenti əlavə edib ki, həm hərbi, həm də siyasi planda ölkədə böyük müvəffəqiyyətlər əldə olunub:

"Suriyanın bir çox rayonları terrorçulardan azad edilib. Suriyalılar bu rayonlara qayıda bildilər. Etiraf etmək lazımdır ki, bu əməliyyat Suriyada siyasi tənzimləmə prosesini irəli çəkməyə imkan verdi”.

Putin bildirib ki, Suriyada terrorizmlə mübarizədə son nöqtə yaxın vaxtlarda qoyulacaq, hərçənd bu problemli mərkəzlər hələ də yaranacaq.

Prezidentlər həmçinin Suriyada siyasi prosesin əsas prinsiplərini və "Suriya Xalqları Konqresi”nə hazırlığı müzakirə edib.

"Noyabrın 22-də Soçidə Türkiyə və İran prezidentləri ilə görüşüm nəzərdə tutub. Biz bu görüşün gedişatında əlavə konsultasiyaları keçirəcəyik. Ən vacib məsələ, əlbəttə, terrorçularının dağıdılmasından sonra Suriyada vəziyyətin uzunmüddətli nizama salınmasıdır. Siyasi prosesin gedişatında və yekun mərhələdə BMT-nin aktiv iştirakına bel bağlayırıq”.

Əsəd isə, öz növbəsində, vurğulayıb ki, Suriyada siyasi nizama salınma məsələsində Rusiyanın dəstəyinə böyük ümid bəsləyir./publika.az


Xəbər lenti