Xəzər Xəbər

Rusiya Ermənistanı hədələdi VİDEO

Veb TV | 20:54 • 20 Noyabr 2017
Rusiya Ermənistanı hədələdi

Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi Rusiyada ciddi narazılığa səbəb olub. Ölkənin aparıcı ideoloji proqramlarından sayılan ''Proqnozı'' verilişində Ermənistan hakimiyyətinin faşist ideologiyasına xidmət etdiyi faktlarla ortaya qoyulub. Rəsmi İrəvanı aşağılayan Zvezda telekanalının aparcısı Veranika Kraşennikova Ermənistanın avropaya üz tutmasının Serj Sarkisyanın postu ilə vidalaşması ilə nəticələnəcəyinə işarə verib. Verilişin aparıcısı ''ermənistan Ukraynanın yolu ilə gedir'' deməklə Ermənistanın başına nələr gələ biləcəyini xatırladıb.

Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı sammiti ərəfəsində Rusiyadan Ermənistana sərt xəbərdarlıq gəlib. Belə ki, Ermənistan noyabrın 24-də Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsinə dair müqavilə imzalamaq niyyəti moskvada heç də xoş qarşılanmayıb.

Zvezda telekanalının Proqnozı proqramında Ermənistan sərt tənqid edilib. Verilişin müəllifi və aparıcısı Veronika Kraşenninkova sözügedən razılaşmanı şərh edərkən, Ermənistan Ukraynanın yolu ilə gedir deməklə Ermənistana nələrin gözləməsinə eyham vurub. Rusiyanın hakim partiyasının əsas ideoloqlarından sayılan Veronika Kraşenninkova Ukrayna ilə Ermənistanı bu məsələdə müqayisə etməsi açıq təhdid kimi qiymətləndirilir. Bunun digər adı Ermənistanda Sarkisyan rejiminin devrilməsinin ilkin anonsudur.

Proqramda Ermənistan hakimiyyəti faşizmi yaymaqda ittiham edilib. Aparıcı xatırladıb ki, 2-ci dünya müharibəsində Ermənistanda faşizmi təbliğ edən Ter Arutunyana başqa sözlə Qaregin Njdeyə ötən il abidə ucaldılıb. Bu hadisə Ermənistanda nasist meyillərin güclənməsi kimi qiymətləndirilib.

Aparıcı qeyd edib ki, Ermənistanın hakim respublika partiyasının loqotipi Almaniya reyxinin simvollarının eynisidir.

Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi Rusiyanı ən azı verilişdəki şərh qədər hiddətləndirib. Amma burada təccüblü heç nə yoxdur. ermənistanın müttəfiqlərinə arxa çevirməyi tarix boyu dəfələrlə təkrarlanmış bir faktdır.

Politoloq Rasim Musabəyov deyir ki, bu Ermənistan Avropa İttifaqı ilə yaxınlaşaraq özlərinin müstəqil olduqlarını nümayiş etdirmək istəyinədn başqa bir şey deyil. Amma ermənistan indiyədək yeritdiyi siyasətlə müstəqil qərar vermək səalhiyyətini tamamı ilə itirib.

Rusiyanın bu xəbərdarlığından sonra başda Sarkisyan rejiminin hansı mövqe sərgiləyəcəyi maraqla gözlənilir.


Xəbər lenti